Gürcüstanın yeni təhsil naziri təyin edilib

image

Givi Mikanadze Gürcüstanın yeni Təhsil, Elm və Gənclər naziri təyin olunub.

Baş nazir İrakli Kobaxidze onu Hökumət Administrasiyasında keçirilən brifinq zamanı təqdim edib.

Nazir təyin olunmazdan əvvəl Givi Mikanadze Parlamentin Təhsil, Elm və Gənclər məsələləri komitəsinin sədri vəzifəsində çalışıb.

Givi Mikanadze, bu gün istefasını rəsmi olaraq açıqlayan Aleksandre Tsuladzeni əvəz edib.

Mail.soydas.az

Paylaş:

Xəbər lenti