COP29: iqlim dəyişikliyi və təbii təkamülün istiqaməti
COP29: iqlim dəyişikliyi və təbii təkamülün istiqaməti
Ukrayna Elmlər Akademiyasının banilərdən biri və ilk prezidenti olan Volodimir Vernadskiy həm də minerologiya və geologiya üzrə elmlər doktoru, geokimyanın, biogeokimyanın, radiogeologiyanın banisi, biosfer və onun noosferə (NOOSFERA) keçidi haqqında təlimin əsas müəllifidir.
O deyirdi ki, işıq sanki bitkinin heykəltarşıdır, ona müxtəlif dayanıqlı formalar verir: “Yaşıl orqanizmlərin əsas funksiyası günəş şüalarını udmaq və çevirməkdir. Bu özü kosmik enerjinin Biosferada transformasiyasıdır”.
Noosfera fəlsəfi və elmi konsepsiyadır.
“Ağıl sferası” olan noosfera biosferanın növbəti ali təkamül mərhələsidir. Burada əsas ideya insan ağılı, elm, incəsənət və şüurlu fəaliyyəti böyük gücə çevrilərək biosferaya təsir göstərməklə onun təkamülünü yönləndirməsidir.
Biosfera hidrosferanın (su qatı) və atmosferanın ( hava qatı) canlı orqanizmlərin mövcud olduğu (həyat) hissəsini əhatə edən sferadır. Bu yer səthindən 15 km yuxarı və 5 km dərinlikdə (Troposfera və Litosfera arasında 20-25 km) məsafəni əhatə edir. Yuxarı həddi şüalanma, aşağı həddi yüksək temperaturla sərhədləndiyi üçün bunun xaricində canlı həyatın mövcudluğu istisna olunur.
İnsan düşüncəsi biosferanı əhatə edərək təbii prosesləri yeni tərzdə yönləndirir və nəticədə biosferanın aktiv enerjisi artırılır.
İnsanın zehni fəaliyyətinin mənşəyi, inkişafı və formalaşması - Düşüncənin genezisi - bioloji, fəlsəfi, psixoloji və sosial faktorların öz arasında zaman keçdikcə necə qovuşmasından asılıdır. Düşüncə məişət qayğılarından azad ola bildikcə 4 əsas istiqamətdə - dini, incəsənət, fəlsəfi və elmi - fəaliyyət göstərir.
Elmin tarixi göstərir ki, m.ö. VII əsrdən başlayaraq elmi biliklər fasiləsiz inkişaf etməyə davam edib. İllər keçir biz görürük ki, elmin inkişafı və insanın ətraf mühitə təsiri qarşısı alınmaz şəkildə artır. Nə müharibələr, nə məşhur alimlərin dünyasını dəyişməsi bu inkişafı dayandıra bilmir. Bütün itkilərin yeri ən qısa zamanda doldurulur.
İtkilərin bərpa olunma tezliyinə və elmin inkişaf sürətinə təsir edən amillərdən biri də məhz insanların sərbəst və azad fikirləşməyə çalışması və elmin beynəlmiləşməsi olur. Təəccüblü burasıdır ki, elmin beynəlmiləşməsi və beynəlmiləşmə hesabına inkişafı Yer kürəsində əhali sayının artımı ilə müşaiyət olunur.
Statistika göstərir ki, elmdə yeni fundamental ixtiraların məhz hansı dövrdə baş verməsi Yer kürəsi əhalisinin bu dövrlərdə bəlli sayda artmasına təsadüf edir.
Statistika göstərir ki, hər yeni fundamental elmi ixitira Yer kürəsində əhali sayının öncə 250 və 500 milyon sonra hər 1 milyard sayda artması ilə baş verib.
Təxmini hesablamalara görə 1000-ci ildə Yer kürəsi əhalisi təxminən 250 milyon olub. Bu dövrdə Şərqdə cəbr, optika, tibb, astronomiya və s. üzrə yeni elmi ixtiralar baş verir.
1600-cü ildə əhali 500 milyon olur və bu zaman mikroskop, sonra teleskop icad edilir;
1800-cü ildə əhali 1 milyard olur, 1-ci sənaye inqilabı (toxuculuq dəzgahı, buxar maşını...) baş verir;
1930-cu ildə əhali 2 milyard olur, 2-ci sənaye inqılabı (elektrik enerjisi, daxili yanma mühərriki ) baş verir;
1960-cı ildə əhali 3 milyard olur, Qaqarin kosmosa uçur və 3-cü sənaye inqilabı (kompyüter, internet) baş verir;
1975-ci ildə əhali 4 milyard olur, bu dövrdə 4-cü sənaye inqlabı (ağıllı cihazların şəbəkəyə qoşularaq bir-biri ilə əlaqəli işləməsi, süni intelekt) baş verir;
1985-ci ildə əhali 5 milyard, 2020-də 8 milyard olur, lakin bu dövrdə yeni fundamental elmi ixtiralar yox yalnız mövcud elmlərdən yeni aralıq, törəmə elmlər yaranır, mövcud nəzəriyyələrin istehsalata tətbiqinin güclənməsi ilə yeni texnoloji proqreslər baş verir.
Noosfera və biosferanın texnoloji proqreslə birlikdə yaratdığı yeni sfera, Texnosfera yaranır. Ehtimal ki, Nyuton qanunları və nisbilik nəzəriyyəsi kimi yeni fundamental elmi ixtiralar əhalinin növbəti 5 milyard artımında baş verəcəkdir...
Göründüyü kimi, elmi ixtiralar əsasən texnoloji proqresə xidmət etməkdə davam edir...
Bərpa olunan enerjisinin təyinatı karbon emissiyasını azaltmaqla günəş, külək, dağ çaylarının yaratdığı enerjini elektrik enerjisinə çevirməkdir.
Azərbaycan nefti sənaye üsulu ilə çıxardan, işğalda olan torpaqlarının azad edən ilk ölkə kimi və həm də azad olunan yerlərin yaşıl enerji potensialını faydalı enerjiyə çevirəcək ölkə kimi COP-un məhz bu il, 29-cu dəfə Azərbaycanda keçirilməsinin xüsusi rəmzi mənası var...
Beynəlmiləl düşüncənin məhsulu olan COP29-u boykot etməyə çalışanların düşüncəsində şikəstlik görünür...
Stat:
Siolkovskiy – insan düşüncəsi onun yerə bağılılığının azalmasına, yerdən qalxmasına, qopmasına və kosmosa çıxmasına kömək edəcək
Vernadskiy - təkamül dövründə canlı orqanizmdə baş verən forma və struktur dəyişikliyi onun kimyəvi tərkibinin dəyişməsinə səbəb olur.
Vernadskiy: Formalaşmış hər elmi düşüncədə İlahi gücün əlamətləri var.
Uğurlu Şərifov
Mail.soydas.az